"Volkswagen” və “Audi” avtomobil şirkətləri mümkün yanacaq sızması və yanğın təhlükəsi səbəbindən 261 min avtomobili geri çağıracaq.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Qeyd edilib ki, avtomobillər yanacaq nasosunun möhüründə mümkün problemlərlə əlaqədar geri çağrılır. Əgər möhürün sıxlığı pozulursa, yanacağın buxar bərpa sisteminə daxil olması və karbon filtrini çirkləndirməsi riski artacaq. Bu isə yanğın təhlükəsinə səbəb ola bilər.

Geri çağırılan avtomobillərə 2015-2020-ci il istehsalı “Audi A3”, 2019-2020-ci il istehsalı “Volkswagen Jetta GLI”, 2018-ci il istehsalı “Volkswagen Golf Sportwagen GP”, 2018-2019-cu il istehsalı “Volkswagen Golf Sportwagen A7”, 2015-2017-ci il istehsalı “Volkswagen Golf Sportwagen”, 2015-2020-ci il istehsalı “Volkswagen Golf GTI” və 2015-2020-ci il istehsalı “Volkswagen Golf” daxildir.