Çinin smartfon istehsalçısı "Xiaomi" ilk elektrikli avtomobilini təqdim edəcək və bu gündən sifarişləri qəbul etməyə başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bu addım texnologiya nəhənginə "Tesla" və "BYD" kimi rəqiblərlə mübarizə aparmağa imkan verəcək. "Xiaomi"nin elektrikli avtomobil bazarına daxil olması satış artımının qlobal miqyasda yavaşlaması və qiymət müharibəsi ilə əlaqədardır.

Qeyd edək ki, "Xiaomi" təxminən 12% bazar payı ilə dünyada üçüncü ən böyük smartfon satıcısıdır. Şirkət qarşıdakı 10 il ərzində avtomobil biznesinə 10 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

 

Gözəl Həşimova