Elektrikli avtomobil istehsalçısı "Tesla"nın gəliri 2012-ci ildən bəri ən aşağı səviyyəyə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Şirkətin gözləniləndən daha tez yeni avtomobil modellərini satışa çıxaracağını açıqlamasından sonra gəlir və mənfəətin azalmasına baxmayaraq, səhmlər yüksəlib.

"Tesla"nın gəliri illik müqayisədə 9% azalıb. Şirkətin səhmləri isə 10% artıb. Bu ilin birinci rübündə şirkətin mənfəəti 55% azalaraq 1,1 milyard dollara çatıb.

Qeyd edək ki, keçən rübdə "Tesla", avtomobil tədarüklərinin dörd il ərzində ilk dəfə azaldığını açıqlayıb.

 

Gözəl Həşimova