"Volkswagen" Almaniyanın Volfsburq şəhərindəki əsas fabrikində tam elektriklə işləyən ID.3 modelinin istehsalı planlarını tələbatın az olması səbəbindən ləğv edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Volkswagen"in istehsalat rəhbəri Kristian Vollmer məlumat verib.

 Onun sözlərinə görə, şirkət hələlik tamamilə elektromobillərə həsr olunmuş "Zwickau" fabrikində istehsalı davam etdirəcək.

"Volkswagen" ID.3 BEV hetçbekini Volfsburqdakı fabrikində istehsal etməyi planlaşdırırdı, lakin tələbin az olması səbəbindən istehsalın Almaniyanın şərqindəki Zwickau şəhərindəki avtomobil istehsalçısının yalnız elektrik avtomobilləri olan fabrikində davam etdiriləcəyini elan etdi.