Alman avtomobil nəhəngləri Çində böyümək üçün güclərini birləşdirir.

İqtisadiyyat.az xəbər verir ki, BMW və “Mercedes-Benz” tərəfindən qurulan yeni şirkət Asiya bazarında, xüsusən də Çində elektrik enerjisi doldurma infrastrukturunu genişləndirmək məqsədi daşıyır.

Çində açılan yeni şirkət “Supercharging Network” adı ilə fəaliyyət göstərəcək. Bu, sürücülərin hərəkətdə olarkən avtomobillərinə enerji doldurmasını asanlaşdıracaq. 

Alman istehsalçıları 2026-cı ilə qədər ən azı min sürətli şarj stansiyası və ölkə daxilində 7 minə yaxın stansiya tikmək niyətindədir. İlk stansiyaların tikintisinə 2024-cü ildən iri şəhərlərdən başlanacaq. (olke.az)