Damında “Taksi” sözü yazılmış sarı rəngli fənər və qapıların üzərində şahmat qaydasında dördbucaqlıların bütün taksilərdə olması məcburi tələb deyil.

İqtisadiyyat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, bu fərqləndirici nişanlar tətbiq edilərsə, bütün tələblər taksilərin xarici tərtibatına dair qaydalara uyğun olmalıdır.