Hindistanın avtomobil ixracı 2023-24 maliyyə ilində 5,5% azalaraq 4,5 milyon ədədə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Avtomobil İstehsalçıları Cəmiyyətinin (SIAM) rəhbəri Vinod Aqqarval bildirib.

Onun sözlərinə görə, Hindistanın kommersiya nəqliyyatı və avtomobil ixracatının əhəmiyyətli bir hissəsini təşkil edən bir neçə ölkə valyuta çatışmazlığı ilə üzləşir. Bildirilib ki, bu bazarlardakı vəziyyət dəyişkən olaraq qalır.

 

Gözəl Həşimova