Bu ilin birinci rübündə Azərbaycana ümumilikdə 35,3 milyon dollar dəyərində 830 ədəd elektrikli avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 422 ədəd və ya 2 dəfə artıb.

Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilin 3 ayına nisbətən 18,3 milyon dollar və ya 2 dəfə artıb.

 

Gözəl Həşimova