Yaponiya konserni "Nissan Motor" və "Honda Motor" elektromobillərin inkişafı və istehsalı sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Bu barədə İqtisadiyyat.az "Nikkei" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bu yolla şirkətlər istehsal xərclərini azaltmaq və rəqabət qabiliyyətini artırmaq istəyir.

Qeyd olunur ki, iki şirkət gələcəkdə elektrik mühərrikli avtomobillər üçün ümumi transmissiya və platformaya keçə bilər. Bundan əlavə, tərəflər akkumulyatorların və digər komponentlərin birgə alınması variantlarını nəzərdən keçirirlər.

 

Gözəl Həşimova