Bakı Nəqliyyat Agentliyi (BNA) işıqfor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə elan etdiyi açıq tenderə yekun vurub. 

Tenderin qalibi "Techmaster" MMC-dir.

Qalib şirkətə 2 069,5 min manat ödəniləcək.report