Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom MMC 2020-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 5-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 15-i, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun İnzibati İşlər departamentinin rəhbərinin müavini Kamil Bektaşidir. Telefon: (012) 200-00-74.

Tenderin nəticəsi fevralın 16-da, saat 15:00-da portalda açıqlanacaq.