“Azərbaycan Hava Yolları” QSC (AZAL) hava gəmilərinin, hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 8-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 17-si, saat 15:00-a qədər aviaşirkətin qərargahının yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportuna təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun maliyyə -iqtisadiyyat idarəsionin rəisi Əlyəddin Quliyevdir. Telefon: (012) 497-26-00; 497-28-11 (daxili: 2811).

Təkliflərə iyunun 18-də, saat 11:30-da qeyd olunan ünvanda baxılacaq.