Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Apple Yaponiyada milyonlarla dollar əlavə vergi ödəyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nikkei Asia hesabat paylaşıb.

Şirkətin Yaponiya bölməsinin iPhone və digər məhsulların kütləvi satışına görə 98 milyon dollar vergi ödəməli olacaq.

Buna səbəb iPhone və digər cihazların turistlərə toplu şəkildə satılması və bu şəxslərin yanlış olaraq istehlak vergisindən azad edilməsi olduğu bildirilir.