Zəruri sosial-texniki infrastrukturu olan, 200 ailənin yerləşdiriləcəyi məhəllə dövlətə 13 milyon 310 min manata başa gələcək.

İqtisadiyyat.az Banker.az-a istinadən xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Samux rayonunda məcburi köçkünlər üçün yaşayış binalarının, uşaq bağçasının tikintisi, klub-icma mərkəzinin, məktəb binasının tikintisi üçün13 milyon 310 min manat dəyərində 12 müqavilə imzalayıb.

Ən iri müqavilə “Minera” MMC şirkəti ilə imzalanıb. Müqavilədə zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 144 şagird yerlik məktəb binasının tikintisinəzərdə tutulur. Müqavilənin dəyəri 1 milyon 355 min 336 manatdır.