Zaqatala sakini Nizami Ramazanov sahibsiz itlərin güllələndiyi barədə məlumat yayıb.

İqtisadiyyat.az-a danışan heyvansevər bildirib ki, itlərə atəş açılmasını Tala kəndində olarkən eşidib və şəhərə yollanıb. O, yolda güllələnmiş itlərin naməlum istiqamətdə daşındığını görüb. Bunun ardınca onlara müdaxilə etmək istəyib və tərəflər arasında insident yaşanıb. O anların videosunu çəkən N.Ramazanov görüntüləri bizimlə bölüşüb. Rəsmi qurumlardan məsələ ilə bağlı açıqlama olarsa, dərc etməyə hazırıq.