Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Neyman Səfərəliyev işdən çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o özü bildirib.

"13 il çalışdığım "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, daha sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində fəaliyyətimi başa vurdum. Bu müddətdə həm su təsərrüfatı sektorunda, həm də media ilə əməkdaşlıq sahəsində xeyli təcrübə və dostlar qazandım. Bu sahədə əməyi olan hər kəsə sonsuz təşəkkürlərlərimi bildirirəm. Jurnalist dostlara və fəaliyyətini su sektorunda davam etdirən keçmiş həmkarlara gələcək işlərində uğurlar arzulayıram", - əlavə edib.

Xatırladaq ki, qeyd olunan şöbənin müdiri Anar Cəbrayıllı da bir müddət əvvəl vəzifəsindən ayrılıb və fəaliyyətini Agentliyin başqa qurumunda davam etdirməyə başlayıb. Xidmətin İctimaiyyətlə Əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinin müdiri vəzifəsinə isə Ceyhun Musayev təyinat alıb.