Səbail, Qaradağ və Binəqədi rayonları ərazisində yerləşən elektrik veriliş xətlərində və qurğularında yenidənqurma işləri aparılacaq və yeni güc mərkəzləri yaradılacaq.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, məqsəd paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması, gərginlik düşkülərinin aradan qaldırılmasıdır.

Qurum sözügedən işləri "İntegras" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və 2,5 milyon manat dəyərində müqavilə bağlanıb.