Ukrayna və Polşa hökumətləri taxıl tranzitini bərpa etmək barədə razılığa gəliblər

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

“Danışıqların nəticələrinə əsasən qərara alınıb ki, Ukraynanın kənd təsərrüfatı mallarının Polşa ərazisindən tranziti bu il aprelin 21-dən 22-nə keçən gecə blokdan çıxarılsın”, - deyə Ukrayna Baş nazirinin birinci müavini Yuliya Sviridenko bildirib.

Siyasətçi onu da əlavə edib ki, Ukrayna hökuməti polşalı həmkarlarının problemlərinə Polşanın Kiyevin problemlərinə diqqət yetirdiyi kimi yanaşır.