Ukrayna Avropa İttifaqı (Aİ) ilə 5,27 milyard avro dəyərində qrant yardımı haqqında saziş imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, hökumət Ukrayna Mexanizmi çərçivəsində Ukrayna ilə Aİ arasında razılaşmanı yekunlaşdırıb. Bu, Ukrayna Mexanizmi proqramının tam şəkildə işə düşməsi üçün zəruri olan son razılaşmadır.

Hökumət izah edib ki, kreditlər və qrantlar daxil olmaqla, Ukrayna Mexanizminin birinci komponenti çərçivəsində büdcə dəstəyi 38,27 milyard avro təşkil edəcək.

 

Gözəl Həşimova