Türkiyənin may ayında ixracı ötən ilin eyni ayına görə 14,4% artaraq 21 milyard 659 milyon dollara, idxalı isə 15,5% artaraq 34 milyard 186 milyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi məlumat açıqlayıb.

Hesabat dövründə ölkənin xarici ticarət kəsiri 17,6% artaraq 12 milyard 527 milyon dollara yüksəlib. Xarici ticarət kəsiri bu ilin yanvar-may ayları ərzində isə 29,3% artaraq 56 milyard 22 milyon dollara çatıb.