Türkiyənin avtomobil sənayesinin ixracı bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% artaraq 17 milyard 337 milyon dollara yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi məlumat yayıb.

Məlumata görə, iyun ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrünə görə 9% artaraq 3 milyard dollara çatıb. Hesabat dövründə minik avtomobillərinin ixracı 12% artaraq 984 milyon dollara, avtobus və mikroavtobusların ixracı isə 45% artaraq 205 milyon dollara yüksəlib.