Türkiyədə 4,7 maqnitudalı zəlzələ olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 11.36-da baş verən zəlzələnin ocağı Hatayın Kırıkhan rayonunda, 7,8 km dərinlikdə yerləşib.