İyulun 29-dan başlayan peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi davam edir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Qeyd edilib ki, əsas məqsədi işəgötürənlərin tələblərinə uyğun kadrların və müxtəlif sahələrdə ixtisaslı işçi qüvvəsinin hazırlanması olan bu təhsil pilləsi üzrə qəbul portal.edu.az vasitəsilə həyata keçirilir. Qəbul 84 müəssisədə 136 ixtisas üzrə aparılır.

Bu ildən isə ilk dəfə olaraq dronların texniki xidməti və təmiri üzrə texnik, elektrik və hibrid avtomobillərinin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı), günəş panelləri quraşdırıcısı və təmirçisi və s. istiqamətlərə dair 9 yeni ixtisasda tələbə qəbulu həyata keçirilir.