Bakıda parkda azyaşlını elektrik cərəyanı vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.08.2024-cü il tarixində saat 19:00 radələrində Nəsimi rayonu, Koroğlu parkı ərazisində yerləşən dayanacaqdan dörd yaşlı uşağı (kişi cinsli) elektrik cərəyanının vurması səbəbi ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Tibb müəssisəsində azyaşlıya zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabilləşən azyaşlı ambulator müalicə üçün evə buraxılıb.