Türkiyədə 2023-cü ilin fevralından bəri 33 mindən çox zəlzələ qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Belə ki, cari ilin fevral ayının 6-dan may ayının 6-dək olan müddətdə Türkiyədə 33 077 zəlzələ qeydə alınıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb.