Bu il Türkiyə qlobal ixracda 1,06% paya (ümumi 23,9 trilyon dollar) sahib olub. Bununla da ölkə qlobal ixracda rekordunu yeniləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ömər Bolat sosial media hesabından məlumat yayıb.

Onun sözlərinə görə, 2022-ci ilin sonunda Türkiyənin qlobal ixracdakı payı 1,02% təşkil edib.

Bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında ölkənin mal ixracı 253,3 milyard dollara yüksəlib.

 

Gözəl Həşimova