Dolların Türkiyə lirəsinə qarşı möhkəmlənməsinin davam etməsi nəticəsində növbəti rekord qeydə alınıb.

Belə ki, bir ABŞ dolları 0,14% bahalaşaraq 18,54 lirəyə ticarət edilib.

Avro isə 0,34% ucuzlaşaraq 17,94 lirəyə satılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən qatıldığı canlı yayımda Mərkəzi Bankın faiz endiriminə davam edəcəyi mesajını verib.