Bu ilin yanvar-may aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,1 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 18,4 faiz, maşın və avadanlıqların istehsalı 19,5 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 31,3 faiz artıb.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar-may aylarında 1389 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd az minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 11,3 faiz azalıb.