2023-cü ildə qlobal avtomobil satışları 67,3 milyondan 75,3 milyon ədədə yüksəlib.

Bəs ötən il dünyada ən çox hansı avtomobillər satılıb?

İqtisadiyyat.az bununla bağlı dünya statistikasının materialları əsasında araşdırma aparıb.

Araşdırmalara görə, ötən il dünyada ən çox satılan avtomobil "Tesla Model Y" elektromobili olub. Bu avtomobildən il ərzində 1,15 milyon ədəd satılıb.

Siyahıda ikinci yerdə 1,13 milyon ədəd satışla "Toyota Corolla" qərarlaşıb. Şimali Amerika "Toyota"nın satışı üçün əsas beynəlxalq bazar olub.

Araşdırmalara görə, ötən il ən çox satılan avtomobil modelləri bunlardır:

Avtomobil markası

Satış göstəricisi

Tesla Model Y

1,15 milyon ədəd

Toyota Corolla

1,13 milyon ədəd

Toyota RAV4

930 min ədəd

Ford F-Series

900 min ədəd

Honda CR-V

720 min ədəd

Chevrolet Silverado

640 min ədəd

Toyota Camry

630 min ədəd

Hyundai Tucson

630 min ədəd

Toyota Hilux

570 min ədəd

Ram Pick-up

520 min ədəd

Qeyd edək ki, 2023-cü ildə ən bahalı avtomobil markalarının reytinqinə təxminən 10,7 faiz bazar payı ilə "Toyota" başçılıq edir. "Toyota" markası dünyanın ən böyük avtomobil istehsalçısı olan Yaponiyanın "Toyota Motor" korporasiyasına məxsusdur .

Bundan əlavə, ötən il dünyada təxminən 94 milyon avtomobil istehsal edilib. Bu rəqəm 2022-ci illə müqayisədə təxminən 10 faiz artım deməkdir. Çin, Yaponiya və Almaniya ən böyük avtomobil və kommersiya nəqliyyatı istehsalçıları hesab olunur. Çin 2023-cü ildə 26 milyondan çox avtomobil istehsal edərək dünyanın ən böyük minik avtomobil istehsalçısı olub.

 

Gözəl Həşimova