Fransız istehsalçı Citroen “19_19” adlı yeni konseptini nümayiş etdirib. Elektriklə işləyən və avtonom özəlliklərə sahib olan modelin, markanın gələcəyinə işıq saçacağı deyilir.

Bu əsasda “19_19”da yer alan özəlliklərin digər Citroen modellərində tətbiq olunacağı deyilir.

Avtonom sürüş özəlliklərinə malik avtomobil xarici görünüşünə görə digər avtomobillərdən çox fərqlənir.

Təkərləri gövdəsindən bayırda olan avtomobilin uzunluğu 4 m 65 sm, eni 2 m 24 sm, hündürlüyü isə 1 m 60 sm-dir.

Citroenin DS, CX və XM kimi keçmiş modellərinin aerodinamik özəlliklərinə nəzərən yaradılan “19_19”un dam hissəsinin arxasında 2 ədəd lazer ölçü sistemi quraşdırılıb.

Həmçinin Citroen SoundHound şirkəti ilə əməkdaşlıq edərək avtomobilə səs tanıma özəlliyi də əlavə edib. Yeni PSA group modelləri və gələcəkdəki Citroen modellərində istifadə olunacaq səs tanıma sisteminin 40 fərqli dili başa düşəcəyi qeyd olunur.

Avtomobilin 100 km/saat sürəti yığması üçün 5 saniyə kifayət edir. Maksimum sürət isə saatda 200 km-dir. Biri ön digəri isə arxada olmaqla 2 elektrik motoru ilə işləyən avtomobilin 4 təkərli çəkiş sistemindən əlavə, sistemin 340 kW və 800 Nm performans dəyəri olduğu bildirilib. Avtomobilin mənzili isə 800 km-dir.

Fransız konseptin 20 dəqiqə 600 km-lik yol üçün batareya saxlaya bildiyi deyilir. Bundan əlavə saxlamağa icazə verilən yol kənarlarında batareya yığması üçün enduksion batareya sisteminə malikdir.

 

Mehman Nəbiyev