Rusiya Federasiyasının bu ilin yanvar-aprel aylarında MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 2,5 trilyon rubl təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya iqtisadiyyat nazirinin müavini Dimitri Volvax MDB İqtisadi Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyanın MDB ilə ticarət dövriyyəsi 12,5% artıb. Hesabat dövründə ölkənin MDB-yə ixracı 1,5 trilyon rubl, idxalı isə 1 trilyon rubl təşkil edib.