Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina kapitala nəzarətin mərhələli şəkildə yumşaldılacağını bəyan edib.

Nabiullina bildirib ki, valyuta ehtiyatlarının şaxələndirilməsi iqtisadiyyatın sanksiyalara davamlı olmasında mühüm rol oynayıb.
Məlumata görə, Rusiya parlamentinin aşağı palatasında çıxışı zamanı , Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina Dumadakı çıxışında 2021-ci ildə pul siyasətinin sərtləşdirilməsi və valyuta ehtiyatlarının şaxələndirilməsinin iqtisadiyyatın sanksiyalara davamlı olması üçün təsirli olduğunu bildirib.

Kapitala nəzarətin mərhələli şəkildə yumşaldılacağını qeyd edən Nabiullina, “İxracatçıların xarici valyuta satma öhdəliyini yüngülləşdirə bilərik”,-deyə bildirib. 

Rusiya Mərkəzi Bankının prezidenti Nabiullina əlavə edib ki, ilin ikinci və üçüncü rübləri Moskvaya qarşı beynəlxalq sanksiyalara görə iqtisadiyyatda struktur transformasiyası dövrü olacaq.

Nabiullina inflyasiyanın sürətlə hədəfə endirilməsinə çalışmayacaqlarını bildirib. Ölkənin Ukraynaya təcavüzündən sonra Rusiya Mərkəzi Bankı siyasət faizini fevralın sonunda 9,5%-dən 20 %-ə, aprelin 8-də isə faiz dərəcəsini 300 baza bəndi azaldıb 17 %-ə endirib.