Bu ilin birinci yarısında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 90 milyard dolları ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Moskvadakı səfiri Çjan Hanhuey bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur: "Ölkələr arasında illik ticarət həcmi 200 milyard dollara çatacaq. Rusiya Çinin kömür, xam neft və qaz idxalının əsas mənbəyidir. Bu ilin əvvəlindən etibarən Rusiyadan Çinə enerji ixracının artması istiqamətində yaxşı tendensiya müşahidə olunur".