Birjalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti addımını gözlədiyi bir zamanda qızılın qiyməti ciddi dinamika nümayiş etdirmir.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri simvolik olaraq 0,03 % və ya 0,45 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 654,55 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,3 % artaraq 1 unsiyası 19,247 ABŞ dolları təşkil edib.

Ekspertlərin çoxu FED-in noyabr ayında uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artıraraq illik 3,75-4%-ə çatdıracağını proqnozlaşdırır.