Dünya bazarlarının ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti addımını gözləməsi fonunda qızılın qiyməti cüzi artıb.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,21 % və ya 3,5 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 659,75 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,2 % artaraq 1 unsiyası 19,293 ABŞ dolları təşkil edib.

Qızılın bahalaşmasına səbəb dünya bazarlarının əsas diqqətini FED-in gələcək addımlarına yönəltməsidir. İqtisadi ekspertlər noyabrda FED-in uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artıraraq illik 3,75-4%-ə çatdıracağını proqnozlaşdırır.