"Qalatasaray"da növbəti ayrılıq yaşanıb.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu Portuqaliyanın "Benfika" klubuna transfer olub. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Qalatasaray" bu keçiddən 12 milyon avro qazanıb.