UEFA Çempionlar Liqasının 36 komanda ilə oynanacağı yeni liqa mərhələsinə vəsiqə qazana bilməyən "Qalatasaray" ciddi gəlir itkisi ilə üzləşib.

İqtisadiyyat.az xəbər verir ki, Avropa futbolunun ən nüfuzlu qurumunda mübarizə aparmaq hüququndan məhrum olan "sarı-qırmızılı" komanda "Nəhənglər Liqası"ndan da təxminən 25 milyon avro gəliri əldən verib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"la qarşılaşan "Qalatasaray" 3-2 və 1-0 hesablı məğlubiyyətlə üzləşib. Belə ki, sarı-qırmızılı komanda Avropada keçirdiyi son 3 matçdan da məğlubiyyətlə ayrılıb.