“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən Lion “Olimpik”ində daha bir ayrılıq baş verib.

İqtisadiyyat.az xəbər verir ki, “Qalatasaray”dan Vilfred Zahanı transfer edən Fransa klubu əvəzində bir hücumçusu ilə vidalaşıb.

Belə ki, Mama Balde Liqa 1-in digər təmsilçisi “Brest”ə satılıb. Bu keçid lionlulara 4,5 milyon avro qazanc gətirib. Klub əlavə 2,4 milyon avro bonus da əldə edəcək. Həmçinin qvineya-bissaulu forvardın gələcək satışından əldə ediləcək məbləğin 15 faizi “Olimpik”ə çatacaq.

Qeyd edək ki, “Qarabağ”la “Olimpik” arasında oyun noyabrın 28-də Bakıda keçiriləcək