"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi ilə qarşılaşıb.

İqtisadiyyat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək