Piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə 165 küçədə pandus, 139 küçədə təhlükəsizlik tumbası, 121 küçədə məhəccər quraşdırılıb.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, eyni zamanda 61 küçənin səkiləri standartlara uyğunlaşdırılıb:

“65 küçədə 146 yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, 78 piyada keçidində “sarı döyünən işıq” tətbiq edilib. 14 məntəqədə isə yeni 88 piyada svetaforu quraşdırılıb”.

V.Kərimli görülmüş işlər nəticəsində paytaxtın 6 rayonunda əlçatanlıq və təhlükəsizlik təmin edilib, piyadaların maneəsiz hərəkəti 22 faiz artırılıb:

“Piyadaların rahat hərəkəti üçün təxmini 130 kilometr səkinin davamlılığı təmin edilib”.