2022-ci ildə 15 983 boşanma qeydə alınıb ki, onlardan 6421-i uşaqsız ailə olub.

İqtisadiyyat.az xəbər verir ki, ötən il qeydə alınmış boşanmalardan 9562-i 18 yaşadək uşaqları olan ailələr arasında qeydə alınıb:

“Onlardan 4 154 ailə 1 uşaqlı, 5 408 ailə isə 2 və daha çox uşaqlı olub ki, onlarda uşaqların cəmi sayı 12 180 olub”.