Azərbaycanın bu ilin may ayında qeyri-neft ixracı 278,2 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nda qeyd olunub.

Bu ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 98,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 180 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (118,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (59,2 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,6 milyon ABŞ dolları) üçüncü  olub.

Cari ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (37,3 milyon ABŞ dolları) birinci, kartof (19,9 milyon ABŞ dolları) ikinci və daş kömür qatranının yüksək temperaturlu qovulmanın təmizlənməmiş digər yüngül yağları və məhsulları (17,1 milyon ABŞ dolları) üçüncü olub.