Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. 

Məlumata görə,2022-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1688 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1242 mln. manatı elektron ticarətin payına düşür.