İsrailin Baş naziri Benyamin Netanyahunun 2 dekabr 2024-cü il tarixindən ona qarşı qaldırılan sui-istifadə ilə bağlı ittihamlara görə ifadə vercək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qüds Dairə Məhkəməsinin hakimləri qərar verib.

"Hakimlər qərar verərkən Qəzza zolağında hərbi əməliyyatlar zamanı Baş nazirin ifadə verməyə hazırlanması imkanlarını araşdırıblar və Netanyahuya qarşı işin irəli sürülməsində ictimai marağı nəzərə alıblar", - qərarda deyilir.

Ötən ayın ortalarında Netanyahunun vəkilləri Qəzza zolağında HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlara görə Baş nazirin ən azı 2025-ci ilin martına qədər məhkəmədə ifadə verə bilməyəcəyini bildiriblər. İyulun əvvəlində prokurorluq nümayəndələri Nazirlər Kabinetinin rəhbərinin 2024-cü il noyabrın 1-dən gec olmayaraq şəxsən məhkəməyə gəlməyə başlaması ilə bağlı əks tələblə çıxış ediblər.

Qüds Rayon Məhkəməsində Netanyahuya qarşı məhkəmə prosesi 9 aylıq fasilədən sonra 2023-cü il dekabrın 4-də davam etdirilib. 21 noyabr 2019-cu ildə İsrailin baş prokuroru Netanyahunu üç iş üzrə - rüşvətxorluq, fırıldaqçılıq və ictimai etimadın pozulmasında ittiham etmək qərarına gəldiyini açıqlayıb. Baş nazir özü bundan sonra dəfələrlə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

İttihamnamələr 28 yanvar 2020-ci ildə Qüds Rayon Məhkəməsinə təqdim edilib.