Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Əbdüləzəl Dəmirçizadə küçəsində abadlıq işləri aparılıb.

Ərazidə qurumuş ağaclar budanıb, səkilər təmizlənib və su ilə yuyulub, eyni zamanda yeni qazon örtüyü əkilib.

Qeyd edək ki, ərazidə olan yaşıllıqlara daimi qulluq göstərilməsi, təmizlənməsi məsələləri rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.