"Hindistan Ukrayna münaqişəsinin dialoq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olaraq qalır və münaqişənin sülh yolu ilə həlli üçün hər cür dəstəyi verməyə hazırdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər nazirinin birinci müavini Vinay Kvatra məlumat verib.

"Baş nazir günahsız insanların itkisi ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. Bu münaqişənin həllini döyüş meydanında tapmaq mümkün deyil. Bu, yalnız dialoq və diplomatiya yolu ilə mümkündür", - Kvatra bildirib.

Onun sözlərinə görə, Baş nazir açıq şəkildə bildirib ki, Hindistan bu münaqişənin sülh yolu ilə həlli üçün hər cür dəstəyi verməyə hazırdır.