Azərbaycan Mərkəzi Bankı (AMB) həftə sonu (oktyabrın 28-i) uçot faiz dərəcəsinə dair qərarını açıqlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin yeni sədri Taleh Kazımov isə faiz parametrlərini hələ ki, dəyişməyib. Bu ilin sentyabrın 1-dən faiz parametrlərində aşağı hədd 4.00%, yuxarı hədd 9.25% və uçot faiz dərəcəsi 7.75%-dir. AMB-nin son iclasında bildirib ki, pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcək.