“Gələn ildən məktəblərin bufetlərinin yoxlanılması planlaşdırılır”.

Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, sağlam qidalanma ilə bağlı valideynlərlə də mütəmadi olaraq maarifləndirici işlər aparılmalıdır:

“Hazırda 1 milyon 600 min şagird var. Onlar vaxtlarının yalnız bir hissəsini məktəbdə keçirirlər. Ona görə də hesab edirəm ki, uşaqların sağlam qidalanması ilə bağlı valideynlərlə də sıx işlər görülməlidir”.report