Leobank layihəsi çərçivəsində tətbiq olunan məsafəli bank xidmətləri konsepsiyası, müştərilər üçün maliyyə xidmətlərinin əlçatanlığını və bununla da ölkə əhalisinin maliyyə xidmətlərinə əhəmiyyətli dərəcədə marağının artırılmasına xidmət etmişdir.

Bu, Unibank-ın yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bank xidmətlərindən aktiv faydalanan əhalinin sayi 2 dəfədən çox  artaraq, 850 mini keçib:

"Unibank, bank xidmətləri ilə əhatə edilən yeni istifadəçilərinin  nümunəsində, bank xidmətlərindən aktiv istifadə etməyən, o cümlədən bank hesabina əvvəllər malik olmayan əhalinin banka cəlb olunmasını da təmin edib. Belə ki, Leobank layihəsi çərçivəsində tətbiq olunan məsafəli bank xidmətləri konsepsiyası, müştərilər üçün maliyyə xidmətlərinin əlçatanlığını və bununla da ölkə əhalisinin maliyyə xidmətlərinə  əhəmiyyətli dərəcədə marağının artırılmasına xidmət etmişdir. Bununla da rəqəmsallaşdırma hədəfləri çərçivəsində bank, rəqəmsal kanallardan istifadə etməklə, say etibarı ilə aparılan əməliyyatların toplam əməliyyat həcmindəki payını tarixi maksimuma - 92%-ə çatdırıb, məbləğ olaraq isə bu əməliyyatlarda 86% artım olub".  

Qeyd edilib ki, Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxalıb, həcmi isə 4 dəfədən çox artaraq 3,1 milyard manatı ötüb.