Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftə Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə Taxıl sazişini müzakirə edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Nebenzya Lavrovun BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirak etmək üçün ABŞ vizası aldığını vurğulayıb. Eyni zamanda, rusiyalı diplomat Rusiya KİV nümayəndələrinin viza almadığını qeyd edib.